Trend məlumat verir ki, bu gün Bakıda Azərbaycan və Avstriyanın iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiyalar sahəsi üzrə hökümətlərarası komissiyalarının dördüncü birgə iclası keçirilib.
Azərbaycan tərəfindən həmsədr iqtisadi inkişaf naziri Heydər Babayev, avstriya tərəfindən isə İqtisadiyyat və Əmək Nazirliyin nəzdində xarici iqtisadi məsələlər üzrə baş direktor Yoxann Zaks olub.
Q.Babayev qonaqları iqtisadi islahatlar, müsbət nəticələr və ölkənin naliyyətləri haqqında məlumatlandırıb. Qeyd olunub ki, iqtisadiyyatın öndə gedən sahələrinin - neft qaz sektorunun dinamik inkişafının digər istehsalat sahələrinin də yüksək templi inkişafında özünü biruzə verib.
2005-ci ildə sənaye istehsalatının artımı 33,5% , kənd təsərrüfatının artımı 7,5% olub. Bütövlükdə ÜDM-in artımı 26,4% səviyyəsində olub.
O qeyd edib: "İnkişaf tempinə görə Azərbaycan yalnız MDB-də deyil, dünyanın digər dövlətləri arasında da aparıcı mövqedədir. 2006-cı ilin 10 ayı ərzində ÜDM-in artımı 34,3% olub".
Q.Babayevin sözlərinə görə, iqtisadiyyatda aparılan islahatlar kapital qoyuluşuna da müsbət təsir göstərib.
"Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələrindən 35 milyard dollar qoyulub ki, bunun da 70 %-dən çoxu xarici investisiyaların payına düşür". O qeyd edib.
Azərbaycan ticarət əməliyyatlarını dünyanın 130 ölkəsilə aparıb, 2005-ci ilin nəticələrinə görə, ölkənin xarici ticarət dövriyyəsi 8,5 milyard dolları keçib.
2005-ci ildə Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 24,9 milyon dollar, 2006-cı ilin 9 ayı ərzində isə 32,9 milyon dollar həcmində olub.
Nazir hesab edir ki, daha effektli istifadə edilməsi vacib olan ticarət əməliyyatlarını genişləndirmək üçün böyük potensial var.
İqtisadiyyat və Əmək Nazirliyin nəzdində xarici iqtisadi məsələlər üzrə baş direktor Y.Zaks deyib ki, azərbaycanla iqtisadi əlaqələrə böyük əhəmiyyət verir və ölkədəki iqtisadi uğurlardan məmnun olduğunu bildirib.
O qeyd edib: "Komissiyada müzakirə olunan məsələlər hər iki tərəf üçün faydalı olacaq".
Komissiyada ölkələrarasındakı hazırki vəziyyət və inkişaf perspektivləri nəzərdən keçirilib.
Dekabrın 4-5-də Avstriyanın iqtisadi missiyasının Bakıya səfəri gözlənilir. Nümayəndə heyətinin tərkibinə 19 şirkət daxil olacaq. Şirkətlər müxtəlif sferaları- idman geyimlərindən tutmuş ağır və kimya sənayesi sahələri təmsil edəcək. Nümayəndə heyətinə həmçinin Siemensin mühafizə sferasında təmsil olunan Avstriya şöbəsinin nümayəndələri də daxil olacaq və onlar əməkdaşlığın imkanlarını müzakirə etmək üçün həm dövlət sektoru, həm də özəl sektorla görüşdə maraqlıdır.