...

İran prezidenti Mahmud Əhmədinejad Amerika xalqına müraciət ünvanlayıb

Siyasət Materials 30 Noyabr 2006 20:14 (UTC +04:00)

"Əminəm ki, siz Amerika xalqı, dünyada ədalət və mənəviyyatın dayanıqlığında mühüm rol oynayacaqsınız və dünyada ədalət, düzgünlük bərqərar olacaq, bütün xalqlar qardaşlıq hisslərinin hakim olduğu şəraitdə yaşayacaqlar. Qoy Amerikanın siyasi elitası, vəzifəli şəxsləri və qüdrət sahibləri geri qayıtmaq imkanı qoymayan yollar seçməsinlər". Trend İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu fikirlər İran prezidenti Mahmud Əhmədinejadın Amerika xalqına ünvanladığı müraciətdəndir.

İran prezidenti müraciətində Fələstin xalqının yaşadığı çətinlikləri xatırladıb, ABŞ rəhbərliyinin İsrailə dəstək verməsini qınayıb. Əhmədinejad həmçinin Amerika əsgərlərinin İraqda döyüşlərdə iştirakının Amerkia xalqı tərəfindən narazılıqla qarşılanmasını xatırladaraq bu ölkə rəhbərliyinin ictimaiyyətin fikrini nəzərə almadığını vurğulayıb. İran prezidenti öz xalqının və Amerika xalqının mehriban münasibətlər şəraitində yaşamasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti