...

Gürcüstandakı Azərbaycan məktəblərində təhsil alanlar arasında müsabiqə başa çatıb

Siyasət Materials 1 Dekabr 2006 16:54 (UTC +04:00)

Bu gün Gürcüstandakı Azərbaycan səfirliyi tərəfindən elan olunmuş Azərbaycan məktəblərində təhsil alanlar arasında rəsm müsabiqəsi başa çatıb. Bu haqda Trend -ə Gürcüstandakı Azərbaycan səfirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxlov məlumat verib.

O qeyd edib ki, müsabiqə noyabrın 1-də elan edilib və burada Azərbaycan məktəblərində təhsil alanların 100-ə yaxın rəsmi iştirak edib. Müsabiqə azərbaycanlıların həmrəylik gününə həsr olunub və rəsmlər məhz bu mövzuya aid edilib.

Səfirliyin nümayəndəsi məlumat verib ki, müsabiqənin qalibləri dekabrın 20-nə kimi müəyyən olunacaq, bundan sonra diplom və mükafatlar təqdim olunacaq. Birinci yer üçün bir qalib, ikinci yer üçün iki, üçüncü yer üçün isə üç qalib müəyyən ediləcək. Bundan əlavə 10 fəxri fərman və üç müsabiqədənkənar mükafatın təqdim olunması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti