...

S. Lavrov: "ATƏT XİBŞ-ın iclasında Gürcüstan ərazisindəki münaqişələrin nizama salınması mümkün olmayacaq"

Siyasət Materials 4 Dekabr 2006 20:54 (UTC +04:00)
S. Lavrov: "ATƏT XİBŞ-ın iclasında Gürcüstan ərazisindəki münaqişələrin nizama salınması mümkün olmayacaq"

RF XİN başçısı Sergey Lavrovun dediyinə görə, xarici işlər nazirinin Brüsseldə keçirilən 14-cü iclasından çox şey gözləmir. Jurnalistlərin suallarına cavab verərkən o, Gürcüstan ərazisindəki münaqişələrin nizama salınması yollarının tapılmayacağına inamını ifadə edib. "Bu məsələ öz həllini yaradılmış formatda tapa bilər" - S. Lavrov vurğulamışdır.

Trendin RBK-ya istinadən verdiyi məlumata görə, öz vaxtında Cənubi Osetiya üçün format ATƏT tərəfindən dəstəklənib. Bu qurum orada müşahidəçi qismində təmsil olunub. Abxaziya üçün bu format BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənib. Bu çərçivədə ölkələrin konkret təklifləri formalaşıb. Moskva danışıq iştirakçılarının hamısının bu təklifləri yerinə yetirməsini tamamilə vacib hesab edir. Məhz bu formatda böyük forumların müşaiyətilə, ifrat nümayişlərdən yaxa qurtarmaqla həllin qarşılıqlı hörmətlə və qarşılıqlı sərfəli olan konkret tərəflərini tapmaq olar.

Lavrovun sözlərinə görə, "Brüsseldə iclasın gedişində 55 nümayəndənin iştirakı ilə "diz üstü" bütün problemlərin həllinə dair hansısa iradlar yazmaqla problemin həllinə çalışırlar, halbuki burada başqa münaqişə tərəfləri yoxdur. Odur ki, təəssüf ki, bu nizamasalınma prorsesinin siyasiləşməsidir".

Xəbər lenti

Xəbər lenti