...

Rusiya XİN başçısı: Biz hamımız regional münaqişələrin nizamlanmasının baza prinsiplərinə əsaslanmalıyıq

Siyasət Materials 5 Dekabr 2006 15:45 (UTC +04:00)
Rusiya XİN başçısı: Biz hamımız regional münaqişələrin nizamlanmasının baza prinsiplərinə əsaslanmalıyıq

ATƏT hələ də "dondurulmuş münaqişələr"in möhkəm nizamlanması üzrə real səylərlə heç bir əlaqəsi olmayan məlum münaqişələrə birtərəfli siyasiləşdirilmiş yanaşmaları sürətləndirmək üçün səy göstərilən meydança kimi istifadə olunmaqda davam edir. Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ATƏT XİNŞ-in 14-cü toplantısında çıxış edərkən bəyan edib.

"Təcrübə göstərir ki, bu cür hərəkətlər yalnız gərginliyin və inamsızlığın artmasına səbəb olur, nizamlanmanı geri atır. Tərəflərin öz öhdəliklərini yerinə yetirmək zərurətini hansısa sadələşdirilmiş ideyalarla dəyişmək lazım deyil. Biz hamımız regional münaqişələrin nizamlanmasının baza prinsiplərinə əsaslanmalıyıq. Onlara - Sonuncu Helsinki aktına hörmət, münaqişə tərəflərinin özlərinin razılığa gəlməsi, onlardan hər birinin mövqeyinin sözsüz nəzərə alınması, güc variantlarına yol verilməməsi, mövcud danışıqlara və sülhməramlı formatlara ehtiyatla yanaşma, tərəflər arasında etimadın möhkəmləndirilməsi və dialoqun qaydaya salınması üzrə tədbirlərin prioritetliyini nəzərdə tutan nizamlanmanın mərhəliliyi, münaqişə zonalarında olan insanların özlərini təcrid olunmuş hiss etməmələrinin qayğısına qalmaq daxildir", - deyə Rusiya XİN başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti