...

Milli Məclisin deputatları Türkiyədə Heydər Əliyevin anım mərasimində iştirak edəcəklər

Siyasət Materials 8 Dekabr 2006 17:50 (UTC +04:00)

Dekabrın 9-da Ankara şəhərində Türkiyənin dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Milli Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Iəqfinin təşkil etdiyi bu tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatları Zeynəb Xanlarova, Fəttah Heydərov və Abel Məhərrəmov iştirak edəcəklər. Mərasimdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdiriləcək, Türkiyənin tanınmış dövlət və ictimai xadimlərinin çıxışları dinləniləcək.

Xəbər lenti

Xəbər lenti