...

Mülki Məcəllənin hüquqi şəxslərlə bağlı fəslinin təkmilləşdirilməsinə dair dəyirmi masa keçirilib

Siyasət Materials 8 Dekabr 2006 18:54 (UTC +04:00)

Dekabrın 4-dən 8-nə qədər Azərbaycan Milli Məclisi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) "Azərbaycanda məhkəmə və hüquqi islahatların dəstəklənməsi" layihəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin "Hüquqi şəxslər" fəslinin təkmilləşdirilməsinə dair dəyirmi masa keçirilib. Tədbirdə xarici ekspertlər qismində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin "Keçid dövrü ölkələrində hüquqi islahatlar" layihəsinin keçmiş rəhbəri, professor Rolf Knipper, eləcə də təşkilatın daha iki eksperti - Lado Çanturiya və Axım Şram iştirak ediblər. Seminarlarda Prezident Aparatı, Milli Məclis, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi və universitetlərin müəllimləri və müstəqil jurnalistlər iştirak ediblər.

Dəyirmi masaların keçirilməsində məqsəd Mülki Məcəllənin hüquqi şəxslər fəslinin təkmilləşdirilməsinə dair ekspertlər tərəfindən hazırlanan təkliflərin Azərbaycandan olan mütəxəssislərlə birlikdə müzakirəsini təşkil etmək olub.

Dekabrın 8-də Milli Məclis Aparatının rəhbəri Səfa Mizəyev, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin ekspertlərinin iştiraki ilə dəyirmi masaların yekununa dair mətbuat konfransı keçirilib.

S.Mirzəyev bildirib ki, beş gün davam edən müzakirələrin yekununda qərara alınıb ki, layihə üzərində iş davam etdirilsin. "Bununla bağlı ciddi müzakirələr aparıldı. Həm Azərbaycan, həm də Almaniya ekspertləri öz layihələrini təqdim edəcəklər".

Onun sözlərinə görə, Mülki Məcəllənin hüquqi şəxslərlə bağlı fəslində dəyişiklik etməkdə məqsəd bazar iqtisadiyyatı dövründə mülki dövrüyyənin inkişafı üçün şərait yaratmaq, ictimai münasibətləri tənzimləyən qanunları bir aktda birləşdirməkdir.

Milli Məclis Aparatının rəhbəri hesab edir ki, bu dəyişikliklər həyata keçiriləndən sonra qeyri-hökumət təşkilatlarının qeydiyyatı daha da asanlaşacaq.

Eyni zamanda bütün məsələlər Mülki Məcəllə ilə tənzimlənəcək.

Xəbər lenti

Xəbər lenti