...

Rusiyanın daxili işlər naziri Azərbaycana gələcək

Siyasət Materials 9 Dekabr 2006 13:39 (UTC +04:00)
Rusiyanın daxili işlər naziri Azərbaycana gələcək

Dekabrın 13-də Rusiya Federasiyasının daxili işlər naziri Rəşid Nurqaliyev Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər daxili işlər naziri Ramil Usubovun dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində iki ölkənin daxili işlər nazirləri arasında görüş keçiriləcək. Görüşdə iki ölkənin hüquq-mühafizə qurumu arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, Daxili Qoşunlar arasında əməkdaşlığın perspektivləri, 2007-2008-ci illər üçün əməkdaşlıq planı müzakirə olunaraq təsdiqlənəcək.

Xəbər lenti

Xəbər lenti