...

İttifaq dağılandan sonra Bakıda ilk dəfə olaraq Azərbaycan və Litva gənclərinin təmsilçiləri görüşüb

Siyasət Materials 14 Dekabr 2006 16:17 (UTC +04:00)

İttifaq dağılandan sonra Bakıda ilk dəfə olaraq Azərbaycan və Litva gənclərinin təmsilsiləri görüşüb. Azərbaycan Gənclər və İdman Nazirliyindən Trend ə verilən məlumatda deyilir ki, görüş Litvanın Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin gənclər departamentinin rəhbəri Juras Pozelanın başçılığı altında departamentin nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib.

Dekabrın 14-də nümayəndə heyəti Fəxri xiyabanda olub, Azərbyacan xalqının ümummilli lideri Heydər Əliyevin məzarına gül qoyub, eləcə də Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və severenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin məzarı üstünə gül qoyub.

Daha sonra nümayəndə heyətini gənclər və idman naziri Azad Rəhimov qəbul edib. Görüş zamanı gənclər siyasəti sahəsində Azərbaycan-Litva əməkdaşlığının perspektivləri, gənclərdən ibarət nümayəndə heyətlərinin mübadilə məsələsi, beynəlxalq təşkitlatlarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib. J.Pozela Azərbaycan nazirini Litvaya dəvət edib.

Xəbər lenti

Xəbər lenti