...

Azərbaycan üzrə nümayəndəliyin yeni prezidenti: "Statoil Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan artıq investisiya qoyub"

Siyasət Materials 14 Dekabr 2006 17:08 (UTC +04:00)
Azərbaycan üzrə nümayəndəliyin yeni prezidenti: "Statoil Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan artıq investisiya qoyub"

"Azərbaycanın "Şahdəniz" qaz-kondesat yatağının işlənməsi üzrə layihədə Statoil-in aparıcı rolunu nəzərə alaraq, şirkət "mərhələ-2" üzrə bağlanmış müqavilədən maksimum xeyir qazanmağa cəhd edəcək"-deyə bu gün Statoil Azerbaican -ın yeni prezidenti Kristian Xausken bəyan edib.

O, rəsmi olaraq Anqolaya işləməyə yollanan Georgi Qunderseni əvəz edərək öz vəzifəsinə 2007-ci ilin 1 yanvarından başlayacaq. Kristian Xausken 6 il Polşada Statoilin rəhbəri işlədikdən sonra Azərbaycana gəlib.

"Biz "Şahdəniz" yatağının sonrakı işlənməsində, gəliri təmin etməklə, Türkiyədə olduğu kimi, başqa ölkələrlə də alıcılarla razılaşmada zəmanətlər verməyə çalışacağıq"-o, söyləyib.

Onun sözlərinə görə, Statoil-in əsas tapşırığı ən qısa müddətdə "Şahdəniz" yatağının "Mərhələ-2"-i üzrə işləri bitirməkdir. "Məsələ tamamilə realdır"- deyə o qeyd edib.

"Azərbaycan Statoil üçün vacibdir. Biz bu ölkəyə çox böyük sərmayə qoymuşuq - dövlətlə əməkdaşlığımızdan bəri 3 milyard dollardan çox. Bizim üçün Statoilin qazın satışı üzrə böyük təcrübəsini Azərbaycanda istifadə etmək çox vacibdir"-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti