...

Səhiyyə naziri Salyanda olub

Siyasət Materials 18 Dekabr 2006 18:05 (UTC +04:00)

Bu gün Azərbaycanın səhiyyə naziri Salyan rayonuna səfər edib. Trend in bölgə müxbiri xəbər verir ki, əvvəlcə nazir rayonda 900 çarpayısı olan 9 səhiyyə müəssisəsinin fəaliyyəti ilə maraqlanıb. Sonra tibb müəssisələrinin strukturunun təkmiləşdirilməsinə dair lahiyəyə uyğun olaraq Təxirə salınmaz Tibbi Yardım Regional Mərkəzinin və Salyan rayon xəstəxanasının təmir və yenidən qurulmasından sonra açılışını edib.

Səhiyyə nazirinin sözlərinə görə, Mərkəz 4 ay əvvəl rayona səfər etmiş ölkə başçısının tövsiyəsi ilə Salyan və bir neçə rayonun avtomobil yollarının qovşağında yerləşdiyindən yaradılaraq, bütün tibbi və texniki avadanlıqlarla təchiz edilib. Regional Mərkəzin yaradılmasında əsas məqsəd isə Salyan, Neftçala,Cəlilabad və Biləsuvar ərazisində fövqəlada hallarda və yol-qəza hadisələri zamanı zərar çəkənlərə yüksək keyfiyyətli tibbi yardım göstərməkdir. Sonra Rayon Mərkəzi Xəstəxanasının həyətində nazir 9 rayonun səhiyyə şöbələrinə yeni təcili tibbi yardım maşınları təqdim edib. Siyahıda qonşu rayonlarla yanaşı qaçqın düşmüş Cəbrayıl rayonu da olub. Salyan rayonuna isə əlavə olaraq "Sokol" markalı yeni bir ambulans da verilib.

Tədbirin sonunda Oqtay Şirəliyev səhiyyə işçilərinə müraciət edərək texniki təchizatla yanaşı əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin də yüksəldilməli olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti