...

Milli Məclis sədrinin müavini: "Azərbaycan və Rusiya parlamentlərarası əlaqələr komissiyasının növbəti iclası mayda keçiriləcək"

Siyasət Materials 18 Dekabr 2006 19:26 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiya Şurası ilə ikitərəfli parlamentlərarası komissiyasının növbəti iclası 2007-ci ilin may ayında Rusiya ərazisində keçiriləcək.

Trend xəbər verir ki, bu barədə jurnalsitlərə Milli Məclis sədrinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Valeh Ələsgərov bildirib.

Onun sözlərinə görə, iclasın gündəliyi hələlik müəyyən olunmayıb.

"Komissiyanın Azərbaycanda keçirilən iclasları və ikitərəfli görüşlər başa çatdıqdan sonra növbəti iclasın gündəliyi məlum olacaq və hansı məsələlərin müzakirə ediləcəyi dəqiqləşəcək" - deyə Valeh Ələsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti