...

VHP sədri S.Rüstəmxanlı: "Bizi hakimiyyətə yaxınlıqda ittiham edənlərin nümayəndələri saxta seçki protokollarına qol çəkiblər"

Siyasət Materials 19 Dekabr 2006 17:33 (UTC +04:00)

"Bizi hakimiyyətə yaxınlıqda, loyal münasibət göstərməkdə ittiham edənlər özləri seçki oyunlarının iştirakçısı olublar". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

O, VHP-nin Mərkəzi Seçki Komissiyasına öz nümayəndəsini göndərdiyini xatırladıb, əvvəlki illərdə də partiyasının seçki komissiyalarında layiqincə təmsil olunduğunu deyib: "Milli Məclisdə MSK üzvlüyünə VHP-dən Almaz Qəhramanlı təsdiqləndi. MSK-da Almaz xanımdan öncə Ənvər Əliyev VHP-ni təmsil edib. Baxmyaraq ki, onunla partiya arasında bəzi incikliklər olub, amma Ənvər Əliyev bizi 5 il layiqincə təmsil edib. Bizi hakimiyyətə yaxınlıqda və yaxud hakimiyyətlə sövdələşmədə ittiham edirdilər. Amm bizi tənqid edən partiyaların MSK-dakı nümayəndələrinin hər biri - birinici ADP, sonra AXCP və Müsavatın nümayəndələri saxta protokollara qol çəkiblər. Amma VHP-nin nümayəndəsi imza atmayıb"-deyə S.Rüstəmxanlı qeyd edib.

Onun sözlərinə görə, bu mövqe VHP-nin siyasi həyatdakı mövqeyini ifadə edən faktdır. Xatırladaq ki, ötən ilki parlament seçkilərində VHP sədri S.Rüstəmxanlının deputat seçilməsinə baxmayaraq, partiyanın MSK-dakı təmsilçisi seçkinin ümumi yekunlarını təsdiqləməyib.

Xatırladaq ki, VHP S.Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il 26 sentyabrda yaradılıb, həmin il dövlət qeydiyyatına alınıb. Müxalifətyönlü partiyanın sədri millət vəkili, xalq şairi S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti