...

"Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna əlavə və dəyişiklik ediləcək

Siyasət Materials 20 Dekabr 2006 14:11 (UTC +04:00)

Dekabrın 20-də Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri dami komissiyanın iclası keçirilib.

Trend xəbər verir ki, iclasda iki məsələ müzakirə olunub. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyanın sədri, birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki, "Hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının qanununa əlavə və dəyişikliklərin edilməsi təklif olunur. Təklif olunan dəyişikliyə əsasən sözügedən qanunda "vətəndaşların vəziyyəti aktlarının qeydiyatı" cümləsinə "dövlət" sözü əlavə olunacaq və vətəndaşların vəziyyəti aktlarının dövlət qeydiyyatı kimi oxunacaq.

Bundan başqa iclasda "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reystri haqqında" bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi məsələsinə baxılıb. Nəzərdə tutulan dəyişikliyə əsasən vətəndaşlar 25, 35 və 50 yaşlarında şəxsiyyət vəsiqələrini dəyişdirən zaman onların hərbi mükəlləfiyyəti haqqında məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməli və təsdiq olunmalıdır.

Bu məlumatlar açıqlandıqdan sonra iclas qapalı şəkildə - jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Qapalı iclas başa çatandan sonra Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə jurnalistlərə bildirib ki, komissiya təklif olunan dəyişiklikləri təsdiq edib və məsələ parlamentin dekabrın 22-də keçiriləcək iclasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti