...

AMİP sədri Ayaz Rüstəmov: "Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin toplantıları yaxın günlərdə bərpa olunacaq"

Siyasət Materials 20 Dekabr 2006 18:46 (UTC +04:00)

Müxalifətyönlü Azərbaycan Milli İstiqlal, Ümid, Azərbaycan Milli Demokrat, Tərəqqi partiyalarının və Milli Dirçəliş Hərəkatının təmsil olunduğu Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin toplantıları yaxın günlərdə bərpa olunacaq.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov Trend ə açıqlamasıqnda belə deyib.

Onun sözlərinə görə, mərkəzin iclaslarının keçirilməməsi bir sıra obyektiv səbəblərlə bağlıdır.

Siyasi Əlaqələndirmə Mərkəzinə yeni partiyaların qəbuluna gəlincə, Ayaz Rüstəmov bildirib ki, bu istiqamətdə danışıqlar davam etdirilir. Lakin partiya sədri danışıqların hansı partiyalarla aparıldığını açıqlamayıb.

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Partiyanın hazırkı sədri Ayaz Rüstəmovdur. AMİP Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində təmsil olunur.

Xəbər lenti

Xəbər lenti