...

ATƏT rəsmisi Kristian Ştrohal: "Hər bir ölkədə olduğu kimi Azərbaycanda da uğurlar və problemlər var"

Siyasət Materials 21 Dekabr 2006 13:41 (UTC +04:00)

"Bu dəfəki səfərimdə keçirdiyim görüşlərdə Azərbaycandakı problemləri müzakirə edib, bunlardan çıxmaq üçün birgə həll yollarını axtaracağıq". Trend in məlumatına görə, bu fikirləri jurnalistərə Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohol bildirib.

O qeyd edib ki, ikigünlük səfərlə Bakıya gəlib. Səfər dövründə o, Azərbaycanın hökumət nümayəndələri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşləri olacaq. K.Ştrohalın sözlərinə görə, rəsmi şəxslərlə görüşdə ATƏT-lə Azərbaycan hökuməti arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

K.Ştrohal seçki sahəsi ilə bağlı ATƏT-in bir neçə ildir Azərbaycan hökuməti ilə əməkdaşlıq etdiyini xatırladıb: "Biz hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə seçki qanunvericiliyi, ATƏT-in verdiyi tövsiyələri və təklifləri müzakirə edirik".

K.Ştrohal Azərbaycanda insan haqları ilə də bağlı müzakirələrin davam etdiyini deyib. Əlavə edib ki, hər bir ölkədə olduğu kimi Azərbaycanda da bu sahədə uğurlar və problemlər var. K.Ştrohal deyib ki, Bakıya səfərinin sonunda ATƏT-in Azərbaycanla bağlı atacağı gələcək addımları barədə məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti