...

ATƏT Venesiya Komissiyası və Azərbaycan hakimiyyəti ilə indiki və növbəti seçki mərhələsi arasında inkişaf marşrutunu müzakirə edir

Siyasət Materials 21 Dekabr 2006 19:27 (UTC +04:00)

ATƏT Avropa Şurasının Venesiya Komissiyası və Azərbaycan hakimiyyəti ilə müsbət mühit yaratmaq məqsədilə indiki və növbəti seçki mərhələsi arasında inkişaf marşrutunu müzakirə edir. Trend xəbər verir ki, bu barədə ATƏT Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştroxal məlumat verib.

Azərbaycan tərəfindən mətbuat, toplaşmaq azadlığı, seçki qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi məsələsinə toxunaraq o bildirib ki, tövsiyələrin bir qismi yerinə yetirilib, bir qismi isə yerinə yetirilmə mərhələsindədir. O vurğulayıb ki, həmin tövsiyələrin bəziləri qısamüddətli, bəziləri uzunmüddətli xarakter daşıyır və ATƏT tövsiyələrinin hər birinin yerinə yetirilməsinə dəstək olmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti