...

Rusiyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti eks-prezident Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət Materials 22 Dekabr 2006 11:19 (UTC +04:00)

Dekabrın 22-də Azərbaycanda səfərdə olan Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyevin başçılıq etdiyi nümayəndə heyəti eks-prezident Heydər Əliyevin məzarını ziyarət edib. Bu barədə Trend xəbər verir.

Ziyarətdən sonra nümaynədə heyəti Azərbaycanın daxili işlər naziri Ramil Usubovla görüşəcək.

R.Nurqaliyevin başçılıq etdiyi nümayəndə heyətində Rusiyanın Daxili Qoşunlarının baş komandanı Nikolay Roqojkin də var.

Günün ikinci yarısı nümayəndə heyətini Azərbaycan DİN Daxili Qoşunlarının (DQ) komandanı Zakir Həsənov qəbul edəcək.

Rusiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyevin də qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti