...

Azərbaycan prezidenti RİA "Novosti"nin baş direktorunu qəbul edib

Siyasət Materials 22 Dekabr 2006 16:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 22-də Bakıda RİA "Novosti"nin baş direktoru Svetlana Mironyuku qəbul edib.

Trend xəbər verir ki, S.Mironyuk Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tərtib olunmuş fotoalbomu dövlət başçısına təqdim edib. Onun sözlərinə görə, Bakıya səfərin məqsədi Azərbaycanın həyatın müxtəlif sahələrində inkişaf proseslərini öyrənmək və onları Rusiyada və daha geniş məkanda yaymaqdan ibarətdir. O qeyd edib ki, Azərbaycanla əməkdaşlıqla bağlı böyük planlar və konkret layihələr var və onların reallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. S.Mironyuk əlavə edib ki, bundan sonra da RİA Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük diqqət verəcək və beləliklə də iki ölkə arasında informasiya mübadiləsinin daha yüksək səviyyəyə qaldırılmasına nail olacaq.

Azərbaycan prezidenti Rusiya ilə informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, RİA "Novosti"nin Azərbaycanla əməkdaşlığı iki ölkə ictimaiyyətinin AR-dəki proseslər haqqında məlumatlandırılması üçün əlavə vasitə olacaq.

Xəbər lenti

Xəbər lenti