...

Prezident Aparatının şöbə müdiri: Rəsmi Bakı hesab edir ki, Türkmənistanda ciddi mənfi proseslər müşahidə olunmayacaq

Siyasət Materials 22 Dekabr 2006 16:25 (UTC +04:00)

Biz düşünürük ki, Türkmənistanda ciddi mənfi proseslər müşahiəd olunmaycaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan arzu edir ki, türkmən xalqı qısa zaman kəsiyində öz liderini seçsin və Türkmənistanın bütün problemləri, yarımçıq qalmış işlər yeni rəhbər tərəfindən həll edilsin.

O vurğulayıb: "Azərbaycan Türkmənistanda baş verən proseslərə biganə yanaşa bilməz. Türkmənistan bizim sərhəd qonşumuzdur və türkmənlər tarixi, dili, dini və mədəniyyəti ilə bizlə yaxın olan türk xalqlarından biridir. Biz həmişə bu xalqa yaxşılıq arzulamışıq".

Şöbə müdiri həmçinin qeyd edib ki, Türkmənistanın eks-prezidenti Saparmurad Niyazovun dəfn mərasimində Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti