...

"Azadlıq" blokunun həmsədri Lalə Şövkət: "İqtidar-müxalifət dialoqu qarşılıqlı hörmət əsasında qurulmalıdır"

Siyasət Materials 22 Dekabr 2006 16:28 (UTC +04:00)

"İqtidarla müxalifət arasında dialoq yalnız danışıqlar aparmaq naminə qurulmamılıdır. Dialoq tərəflər arasında qarşılıqlı hörmətə əsaslanmalıdır". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Milli Birlik" Hərəkatının lideri, "Azadlıq" blokunun həmsədri Lalə Şövkət bildirib.

O, qeyd eib ki, öz adından dialoq üçün müraciət etməyib. Lalə Şövkət son zaman fəal şəkildə gündəmə gələn siyasi dialoq məsələsini ciddi qəbul etmədiyini deyib: " Dialoq o demək deyil ki, biz oturub bir-birimizi qınaq obyektinə çevirək. Tərəflərin bir-birinə qarşı təhqiramis ifadələr işqlədib sonra görüşə çağırması dialoq deyil. Dialoq qarşılıqlı hörmət əsasında qurulmalı, konstruktiv predmet ətrafında aparılmalıdır. Dialoqla bağlı bugünkü söhbətləri isə ciddi qəbul etmirəm".

Lalə Şövkət ABŞ dövlət katibinin köməkçisinin Bakıda siyasi partiyalarla keçirdiyi görüşü də xatırladıb. Qeyd edək ki, həmin görüşdə müxalifət təmsilçiləri ilə birgə hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da iştirak edib.

"Həmin görüşdə Əli Əhmədov bildirdi ki, biz hakimiyyət olaraq həmişə dialoqa tərəfdar olmuşuq. Biz müxalifət nümayəndələri də dedik ki, siz səlahiyyət sahibisiz, dialoqu iqtidar təşkil etməlidir. Əli Əhməov yenə də öz fikrində qaldı, dialoqa hazır olduqlarını bildirdi. Dialoqla bağlı hələ ki, hər hansı hərəkət yoxdur" - deyə Lalə Şövkət qeyd edib.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub. 1995-ci ildə Azərbaycan Liberal Partiyasını yaradıb.

Xəbər lenti

Xəbər lenti