...

Nazirlər Kabineti: "Azərbaycanın Türkmənistanla əməkdaşlıq perspektivləri gələcək hakimiyyətdən asılıdır"

Siyasət Materials 22 Dekabr 2006 17:51 (UTC +04:00)
Nazirlər Kabineti: "Azərbaycanın Türkmənistanla əməkdaşlıq perspektivləri gələcək hakimiyyətdən asılıdır"

Nazirlər Kabinetinin qiymət, iqtisadiyyat və kredit-maliyyə siyasəti şöbəsinin müdiri Oqtay Həqverdiyevin Trend ə verdiyi xəbərə görə, Azərbaycan höküməti Türkmənistan rəhbərliyi ilə ölkələr arasındakı mübahisəli məsələlər barədə danışıqları bu ölkədə yeni hakimiyyət bərqərar olandan sonra bərpa edəcək.

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında gələcək əməkdaşlığın genişləndirilməsi perspektivləri bu ölkədə kimin hakimiyyətə gələcəyindən asılıdır.

"Hərçənd türkmən xalqının mentalitetini nəzərə alsaq,bu ölkədə böyük dəyişikliklər gözləmək olmaz, necə ki, onları əvvəlki rejim təmin edirdi və yəqin Saparmurat Niyazov özündən sonra analoji fikir sahiblərini miras qoyub" - deyə O. Haqverdiyev qeyd edib.

O əlavə edib ki, burada həmçinin, daxili və xarici qüvvələri nəzərə almaq lazımdır. "ABŞ, Rusiya, İran kimi ölkələr imkanları əldən vermək istəməyəcəklər və situasiyanı hərə öz maraqlarına uyğun dəyişməyə cəhd edəcək. Mənim fikrimcə, Azərbaycan üçün kənar dəyişikliklər olmayacaq"-o söyləyib.

Azərbaycan və Türkmənistan arasında uzun və mübahisəli məsələlr mövcuddur, həmçinin Xəzərin statusu məsələsi həll olunmayıb. Qeyd edək ki, Türkmənistan hökümətinin yüksək təmsilçi orqanı - xalq Şurası prezident seçkilərinin tarixini müəyyən edəcək və dekabrın 26-da bu posta təklif olunan namizədləri nəzərdən keçirəcək.

İyirmi ildən artıq fasiləsiz olaraq Türkmənistanı idarə etmiş Türkmənistan prezidenti Saparmurat Niyazovun ölümü barədə xəbər çərşənbə günü yayılıb. Konstitusiyaya görə, yeni prezidentin seçilməsi 2007-ci ilin 21 fevralından gec keçirilə bilməz. Hazırda prezident vəzifəsini müvəqqəti olaraq Qurbanqulu Berdımuhammədov icra edir.

Xəbər lenti

Xəbər lenti