...

Yaponiya hökuməti tərəfindən maliyyələşən növbəti layihənin realizəsi başa çatıb

Siyasət Materials 25 Dekabr 2006 15:01 (UTC +04:00)

Yaponiya hökuməti tərəfindən Azərbaycanda maliyyələşən növbəti layihənin realizəsi başa çatıb. Yaoniyanın Azərbaycandakı səfirliyindən Trend ə bildiriblər ki, Yaponiyanın "Mədəniyyət üzrə qrant təminatı" proqramı çərçivəsində Azərbaycan Dövlət Kitabxanasının audio-video avadanlıqla təmin edilməsi layihəsinin realizəsinin başa çatması münasibətilə dekabrın 26-da mərasim keçiriləcək.

Layihənin realizəsi ilə bağlı müqavilə 2005-ci il sentyabr ayında Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Dövlət Kitabxanası arasında bağlanıb. Layihənin ümumi dəyəri 450 min dollar təşkil edib.

Proqramm çərçivəsində bu günə qədər Azərbaycanda ümumi düdcəsi 1,49 mln. dollar olan 5 layihə realizə edilib.

Yaponiya hökumətinin müxtəlif proqramları çərçivəsində bu günə qədər Azərbaycana 718 mln. dollar həcmndə yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti