...

Azərfon şəbəkənin sınaqdan keçirilməsini 2007-ci ilin fevralında bitirəcək

Siyasət Materials 26 Dekabr 2006 20:49 (UTC +04:00)
Azərfon şəbəkənin sınaqdan keçirilməsini 2007-ci ilin fevralında bitirəcək

Azərbaycanın yeni mobil operatoru Azerfon BM xüsusi şəbəkəsinin sınaqdan keçirilməsini 2007-ci ilin fevralın sonunadək bitirməyi planlaşdırır. Trend in verdiyi xəbərə görə bu barədə mətbuat konfransında çərşənbə axşamı şirkətin rəhbəri Con Armli məlumat verib.

İlk növbədə Azerfon şəbəkəsi Bakı və Abşeron yarımadasını, Gəncəni, Mingəçeviri, Qubanı Lənkəranı, Əli-Bayramlını, Naxçıvan MR-nı əhatə edəcək.

Ölkədə mobil əlaqə sahəsində ilk xidməti 1994-cü ildə yaradılmış Bakcell BM təqdim etməyə başlayıb, 1996-cı ildə Azercell Bmanaloji xidmətlər göstərməyə başlayıb. Əhalinin mobil rabitəyə olan tələbatı fasiləsiz olaraq artır və nazirliyin kolleqasının qərarına görə 2005-ci ilin dekabrında Azerfon BM-ə GSM standartlarına uyğun mobil rabitə xidmətləri göstərmək üçün lisenziya verilib.

Xəbər lenti

Xəbər lenti