...

Liviya Sosialist Xalq Ərəb Cəmahariyyəsinin başçısı Azərbaycana dəvət edilib

Siyasət Materials 27 Dekabr 2006 11:30 (UTC +04:00)

Liviya Sosialist Xalq Ərəb Cəmahariyyəsinin (LSXƏC) başısı Muəmmar Qaddafi Azərbaycana dəvət edilib. Liviyanın Azərbaycandakı səfirliyindən Trend ə bildiriblər ki, dəvət hazırda Liviyada səfərdə olan Azərbaycan XİN başçısının müavini Xələf Xələfov tərəfindən Liviyanın xarici əlaqələr və beynəlxalq əməkdaşlıq üzrə Ümumxalq Komtəsinin katibi Əbdürrəhman Məhəmməd Şelqemə təqdim edilib.

Tərəflər Azərbaycan və Liviya arasında siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Səfirlikdən bildiriblər ki, Azərbaycan XİN başçısının müavini səfəri çərçivəsində Liviyanın müxtəlif dövlət strukturları başçıları ilə görüşüb, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə müzakirələr aparıb.

Xəbər lenti

Xəbər lenti