...

Bayram günlərində paytaxt polisi gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək

Siyasət Materials 28 Dekabr 2006 14:13 (UTC +04:00)

Bayram günlərində Bakıda polis gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xüsusilə də dekabrın 31-də mərkəzi küçələrdə (əsasən Fəvvarələr bağında və onun yaxın ətrafında) əhalinin narahatçılığına səbəb ola biləcək fişənglərdən, digər partlayıcı vasitələrdən istifadə qadağan olunduğu üçün polis əsasən paytaxtın həmin ərazisində nəzarəti gücləndirəcək. Bu ərazilərdə asayişə nəzarətin gücləndirilməsi həm də həmin ərazilərdə əhalinin bayram günlərində sıx olmasından irəli gəlir.

Bununla yanaşı şəhərin digər ərazilərində də (strateji obyektlərdə, Dənizkəranı Milli Parkda və s.) adi günlərdən fərqli olaraq polis qüvvəsi bir qədər güclü olacaq.

Xəbər lenti

Xəbər lenti