...

Türkiyə Gürcüstana 2007-ci ildə etdiyi qaz güzəştlərini analoji həcmlə 2008-ci ildə alacaq

Siyasət Materials 28 Dekabr 2006 20:44 (UTC +04:00)
Türkiyə Gürcüstana 2007-ci ildə etdiyi qaz güzəştlərini analoji həcmlə 2008-ci ildə alacaq

Türkiyə "Şahdəniz" yatağından Türkiyənin payı hesabına 2007-ci ildə Gürcüstana veriləcək qaz həcmini 2008-ci ildə kompensasiya edəcək. Trend in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Azərbaycanda diplomatik missiyasını bitirmiş Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı dekabrın 28-də məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan üçün qazın bu qədər vacibliyi üzündən, yüksək siyasi səviyyədə müzakirələr aparılıb və "Şahdəniz" layihəsindən ilkin qaz həcminin Türkiyənin payına düşən 800 mln. kub metrə qədəri Gürcüstana verilib. Bunun əvəzində 2008-ci ildə "Şahdəniz"dən çıxarılan qaz həcminin artacağını nəzərə alaraq,Türkiyə kompensasiya qismində analoji həcmdə qaz alacaq. T. Moralı qeyd edib ki, Gürcüstana verilmiş qazın qiymətləri hələ müzakirə olunmayıb və bu, texniki səviyyədə aparılacaq danışıqların predmetidir.

Qeyd edək ki, öz diplomatik missiyasını İrlandiyada davam etdirəcək T. Moralı yanvarın 4-dən Bakıda olmayacaq. Türkiyənin yeni səfiri Azərbaycanda öz fəaliyyətinə yanvarın 15-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti