...

"Musavat" partiyası qiymətlərin bahalaşmasını Azərbaycan iqtisadiyatına zərbə kimi qiymətləndirir

Siyasət Materials 9 Yanvar 2007 13:35 (UTC +04:00)

Müxalifəti təmsil edən "Musavat" partiyası Azərbaycanda enerjidaşıyıcıları qiymətinin artırılması barədə qərarın icrasının dayandırılmasını tələb edir. Trend in məlumatına görə, bu barədə yanvarın 9-da mətbuat konfransı keçirən partiyanın başqanı İsa Qəmbər açıqlama verib.

O bildirib ki, qiymətlərin artırılması Azərbaycan iqtisadiyatına, sahibkarlara, həmçinin xalqa zərbədir. İ.Qəmbərin fikrincə, qiymətlərin bahalaşmasına dair hökümətin göstərdiyi səbəblər qaneedici deyil. O hesab edir ki, enerji daşıyıcılarının xarici ölkələrə qeyri-qanuni ötürülməsinin qarşısı hüquq-mühafizə orqanları, gömrük xidməti tərəfindən alınmalıdır.

Qiymət artımının ölkədə şok yaratdığını deyən partiya başqanı hesab edir ki, enerjinin, suyun israfçılığı əhalinin günahı deyil, kommunikasiya xətlərinin bərbad vəziyyətdə olması ilə biğlıdır. İ.Qəmbər ölkədə bahalaşmaya etiraz olaraq müxalifət partiyaları ilə birgə aksiyaların keçirilməsi üçün ilkin müzakirələr aparıldığını deyib.

Xəbər lenti

Xəbər lenti