...

Naxçıvan MR-də sərnişindaşımada yeni tariflər müəyyən edilib

Siyasət Materials 10 Yanvar 2007 12:39 (UTC +04:00)

Naxçıvan MR-də sərnişindaşımada yeni tariflər müəyyən edilib. Trend in Naxçıvan Bürosu xəbəri Naxçıvan MR Avtonəqliyyat Dövlət Konserninin məlumatına istinadən verir.

Məlumata görə, Naxçıvan şəhərdaxildi marşrutlarında gediş haqqı 20 qəpik müəyyən edilib. Babək rayonundan Cəhri və Nehrəm istiqamətlərində isə bu rəqəm 30 qəpik müəyyənləşdirilib.

Muxtar Respublikanda Naxçıvan şəhərindən rayonlara və əks istiqamətə gediş haqları-- Şərur-Naxçıvan 1 manat 20 qəpik, Sədərək-Naxçıvan, Ordubad-Naxçıvan 1 manat 80 qəpik, Culfa-Naxçıvan, Kəngərli-Naxçıvan, Şahbuz-Naxçıvan istiqamətlərində gediş haqqları isə 80 qəpik olub.

Trend in Naxçıvan Bürosu xəbər verir ki, regionda taksilərin də gediş haqlarında 2 dəfəyədək artım müşahidə edilib. İndi Naxçıvan şəhər daxilində taksi istifadəçiləri üçün qiymətlər tam müəyyənləşdirilməsə də, gediş haqları 1 manat 70 qəpik-2 manat arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti