...

Baş nazir: 2006-cı il Gürcüstan üçün bütün istiqamətlərdə uğurlu oldu

Siyasət Materials 10 Yanvar 2007 12:41 (UTC +04:00)
Baş nazir: 2006-cı il Gürcüstan üçün bütün istiqamətlərdə uğurlu oldu

Ötən ili Gürcüstanın baş naziri Zurab Noqaideli "uğurlu" adlandırıb. Bu gün hökümət toplantısında Gürcüstanın hökümət başçısının bəyan etdiyi kimi, "Gürcüstan bütün istiqamətlərdə irəliləyişə nail olub".

Baş nazir qeyd edib ki, iqtisadi artım 2007-ci ildə də saxlanılacaq. "Hökümətin başlıca nailiyyəti isə ilin sonunadək inflyasiyanı birrəqəmli səviyyədə saxlamasıdır, halbuki ilin ortasında 14,5% inflyasiya fonunda bu məqsədə çatmağın qeyri-mümkün olduğu güman edilirdi", - deyə o qeyd edib və vurğulayıb ki, Milli bankla birlikdə hökümət inflyasiyanı 9%-ə endirə bilib.

Z.Noqaideli həmçinin iqtisadiyyatın artım səviyyəsinin 10% olmasından məmnundur. "Bizim həyata keçirdiyimiz islahatlar beynəlxalq maliyyə institutları tərəfindən uğurlu hesab olunub və biz bu islahatları daha intensiv davam etdirməliyik. Gürcüstanın yenə də islahatçı-ölkələr arasında qabaqcıl yer tutması üçün 2007-ci il hərtərəfli islahatların keçirilicəyi il elan olunub", - deyə o vurğulayıb. Baş nazir qeyd edib ki, iqtisadi artımdan sonra məşğulluq problemi də həll olunacaq. "Yaxın vaxtlarda biz islahatlar planını tərtib etməliyik", - deyə Z.Noqaideli bildirib.

Xəbər lenti

Xəbər lenti