...

Prezidentin İcra aparatının şöbə müdiri: Azərbaycan qəzetlərinin maliyyə vəziyyəti qiymətlərin qaldırılması hesabına deyil, reklam gəlirləri hesabına yaxşılaşdırılmalıdır

Siyasət Materials 10 Yanvar 2007 18:18 (UTC +04:00)
Prezidentin İcra aparatının şöbə müdiri: Azərbaycan qəzetlərinin maliyyə vəziyyəti qiymətlərin qaldırılması hesabına deyil, reklam gəlirləri hesabına yaxşılaşdırılmalıdır

Dövlət qəzetlərinin qiyməti qaldırılmayacaq. Bu barədə Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend ə eksklüziv olaraq məlumat verib.

O həmçinin vurğulayıb ki, "dövlət qəzeti" anlayışı şərtidir və bu nəşrlər dövlət büdcəsindən maliyyələşdirilmir, abunə və reklam hesabına fəaliyyət göstərirlər. Lakin buna baxmayaraq, Ə.Həsənov vurğulayıb ki, bu qəzetlərin vəziyyəti çox da yaxşı deyil.

Şöbə müdiri istisna etməyib ki, özəl qəzetlərin qiymətinin qaldırılması gələcəkdə Azərbaycanda özəl qəzet biznesinin sıradan çıxmasına səbəb ola bilər. Ə.Həsənov hesab edir ki, qəzetlərin qiyməti əhalinin alıcılıq qabiliyyətinə uyğun olmalı və qəzetlər öz növbəsində öz məhsulunun satışı üçün stimul yaratmalıdırlar. O qeyd edib ki, qəzetlərin maliyyə vəziyyəti qiymətlərin qaldırılması hesabına deyil, reklam gəlirləri hesabına yaxşılaşdırılmalıdır və əlavə edib ki, ötən illə müqayisədə Azərbaycanın reklam bazarında ciddi irəliləyiş müşahidə olunur. Ə.Həsənov bildirib ki, reklam büdcəsi 60 faiz artıb və qəzetlər bu gəliri necə əldə edəcəkləri barədə düşünməlidirlər.

Ümumilikdə qəzetlərə olan tələbatın azalması faktını şərh edən Ə.Həsənov bildirib ki, qəzetlərə olan tələbatın azalmasında onların özü günahkardır. "Təəssüf ki, son illər qəzetlər informasiya daşıyıcısı rolunu oynamırlar. Dərc olunan məqalələr, informasiyalar, şərhlər subyektiv xarakter daşıyır. Qəzetlər bizneslə deyil, siyasətlə məşğul olurlar. Qəzetlərin əsas hissəsi müəyyən siyasi qrupların ideya daşıyıcılarıdır. İnsanlar həqiqəti qəzetlərdən deyil, elektron KİV-dən alırlar. Ona görə də qəzetlər öz nüfuzlarını bərpa etməyə çalışmalıdırlar", - deyə o hesab edir.

Qəzetlərə kömək göstərilməsi imkanından danışan Ə.Həsənov qeyd edib ki, dövlət artıq mümkün köməyi göstərib. "Azərbaycan yeganə dövlətdir ki, burada KİV vergidən azad olunub, onlar ƏDV ödəmirlər, yerlər güzəştli şərtlərlə verilir, qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları bir neçə dəfə ləğv olunub, kreditlər ayrılıb", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti