...

"Başqırd hava yolları" aviaşirkətinin təyyarəsi Bakıya məcburi eniş edib

Siyasət Materials 11 Yanvar 2007 18:33 (UTC +04:00)
"Başqırd hava yolları" aviaşirkətinin təyyarəsi Bakıya məcburi eniş edib

Bu gün Bakı-Ufa marşrutu üzrə uçuşu həyata keçirən "Başqırd hava yolları" aviaşirkətinin Tu-134 təyyarəsinin ön şüşəsində çat olduğundan o, Bakıya məcburi eniş edib. Bu barədə Trend ə "AZAL" Dövlət Konserninin idarə başçısı Məhərrəm Səfərli məlumat verib. Zərər çəkən yoxdur.

Onun sözlərinə görə, bu təyyarə Bakı vaxtilə saat 13:53-də Bakıdan yola düşüb və saat 15:17-də Bakıdakı H.Əliyev adına beynəlxalq aeroporta qayıtmağa məcbur olub.

Hazırda "Başqırd hava yolları" şirkətinin komissiyasının gələcəyi gözlənilir. Bütün sərnişinlər Bakı aeroportunun tranzit zonasında yerləşdirilib və uçuşu davam etdirmək üçün başqa təyyarə gözləyirlər.

Yanvarın 7-də Dehli -Bratislava marşrutu ilə uçan Slovakiya hava yolları aviaşirkətinin təyyarəsi də bir müddət öncə Bakıya məcburi eniş etmişdi. Həmin enişin səbəbi də ön şüşədə çat olması idi.

Xəbər lenti

Xəbər lenti