...

Səfir - Azərbaycan və Gürcüstan Qars-Axalkalaki-Bakı dəmir yolu sahəsinin reabilitasiyası barədə razılaşıblar

Siyasət Materials 12 Yanvar 2007 12:37 (UTC +04:00)
Səfir - Azərbaycan və Gürcüstan Qars-Axalkalaki-Bakı dəmir yolu sahəsinin reabilitasiyası barədə razılaşıblar

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərov, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev cümə günü Gürcüstan baş naziri Zurab Noqaideli ilə görüşdə Qars-Axalkalaki-Bakı dəmir yolunun Gürcüstan ərazisindəki sahələrinin birinin reabilitasiyası haqqında şifahi razılıq əldə ediblər.

Eksklüziv olaraq Trend ə Azərbaycanın Gürcüstandakı səfiri N.Əliyev bildirib ki, reabilitasiya işləri bitdikdən sonra Gürcüstanın başqa sahəsində dəmir yolunun tikintisinə başlanılacaq.

O bildirib ki: "Bu layihə çərçivəsində bu gün Tbilisidə razılaşmalar imzalanması gözlənilir".

Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin realizəsi ilə bağlı 2006-cı il oktyabrın 13-də üçtərəfli işçi qrupun Bakıda keçirilən iclasında dəmir yolunun tikintisi üçün Gürcüstan tərəfinin sahə ayırması və Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit razılaşması barədə məsələlər müzakirə edilib.

Layihə 422 milyon dollar dəyərində qiymətləndirilir, yaxın infrastrukturlar nəzərə alınmaqla 600 milyon dollar həcmində dəyərləndirilir.

ABŞ Administrasiyası layihənin maliyyələşdirilməsində iştirak etməyi Amerika şirkətlərinə qadağan edib.

Qars-Axalkalaki-Bakı dəmir yolunun tikintisi layihəsi üzrə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə deklorasiyası 2005-ci ilin mayında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti