...

Türkiyənin dövlət naziri – Ermənilərin uydurma "soyqırımı" təbliğ etmələri dünyanın müxtəlif dövlətlərində yanlış qərarların qəbul edilməsinə səbəb olmamalıdır

Siyasət Materials 15 Yanvar 2007 11:07 (UTC +04:00)

Türkiyə əlindən gələni edir ki, ermənilərin uydurma "soyqırımı" təbliğ etmələri dünyanın müxtəlif dövlətlərində yanlış qərarların qəbul edilməsinə səbəb olmasın. Trend xəbər verir ki, bu bəyanatla Türkiyənin dövlət naziri Abdüllətif Şener İzmirdə çıxış edib.

Nazir bildirib: "Baxmayaraq ki, erməni diasporu anitürk xarakterli qərarların qəbul edilməsi üçün əlindən gələni edir, rəsmi Ankara etirazlarında qalır və heç bir şəraitdə Osmanlı İmperiyasının mövcud olduğu son illərin hadisələrinin açıq şəkildə təhrif edilməsinə və tarixi cəhətədn əsası olmayan uydurma faktların qəbul edilməsinə yol verməyəcək".

Nazir bildirib ki, bütün arxivlərini beynəlxalq ictimaiyyətin üzünə açmış Türkiyədən fərqli olaraq erməni tərəfi uydurmalarını təsdiq edəcək heç bir sənəd təqdim etməyib.

A.Şener deyib: "Biz xüsusi ikitrəfli komissiya çərçivəsində həmin illərin hadisələrini müzakirə etməyə və müvafiq qərarlar qəbul etməyə hazırıq. Lakin Ermənistan buna razı olmur".

Xəbər lenti

Xəbər lenti