...

Enerji daşıyıcıların qiymətinin qalxması Gəncədə çörəyin çəki və keyfiyyətinə təsir edib

Siyasət Materials 16 Yanvar 2007 17:34 (UTC +04:00)

Enerji daşıyıcılarının, kommunal və digər xidmətlərin qiymətinin bahalaşmısı Gəncədə çörəyin qiymətində özünü biruzə verməsə də, çəki və keyfiyyətinə təsir edib. Bu barədə məlumatı Trendin Qərb Bürosuna Azad İstehlakçılar Birliyinin Gəncə şəhər şöbəsinin rəisi Tahir Paşayev verib.

T. Paşayev bildirib ki, təşkilatın əməkdaşları bir neçə çörəkbişirmə sexlərində reyd keçirib. Nəticədə 20 qəpiyə satılan çörəyin bəzi yerlərdə çəkisinin 400-500 qram olduğu aşkarlanıb.

Qeyd edək ki, Gəncədə bir həftə bundan öncə bəzi dükanlarda çörəyin qiyməti 20 qəpikdən 30 qəpiyə qaldırılmışdı. Lakin növbəti gün qiymətlər əvvəlki həddə saxlanılıb. T. Paşayevin sözlərinə görə, artıq Gəncənin bir neçə satış məntəqəsində unun qiyməti qismən artıb.

Müsahibimiz çörəyin keyfiyyəti və çəkisi ilə bağlı keçirilən reydlərin davam etdiriləcəyini bildirdi.

Xəbər lenti

Xəbər lenti