Səfir: Hindistanda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Dehlidə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev bildirib. O qeyd edib ki, tədbir yanvarın 20-də Azərbaycan-Hindistan Mədəniyyət Mərkəzində keçiriləcək, tədbirə Hindistan ictimaiyyəti nümayəndələri dəvət olunub.
Bundan başqa, T.Qarayev bildirib ki, yerli jurnallardan birinin növbəti sayı Azərbaycanda baş vermiş 20 yanvar faciəsinə həsr olunacaq. Bu haqda informasiyalar həmçinin Hindistan mətbuatında geniş şəkildə işıqlandırılacaq.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq