...

Azərbaycan XİN başçısı Türkiyə səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 17 Yanvar 2007 19:42 (UTC +04:00)

Yanvarın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Hüseyn Avni Karslıoğlunu qəbul edib.

A.Karslıoğlu Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və onun genişlənməsi istiqamətində əlindən gələni edəcəyini bildirib.

E.Məmmədyarov Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihəsi ilə bağlı sazişin paraflanması münasibətilə səfiri təbrik edib, digər regional layihələrlə bərabər bu layihənin də uğurlu olacağına əminliyini ifadə edib. Nazir onların təhlükəsizliyinin təmin olunmasının zəruriliyini də vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunub.

Görüşün sonunda səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Xəbər lenti

Xəbər lenti