...

Nazir: Azərbaycan IT sahəsində neft sektorunun uğurunu təkrar edə bilər

Siyasət Materials 18 Yanvar 2007 18:16 (UTC +04:00)
Nazir: Azərbaycan IT sahəsində neft sektorunun uğurunu təkrar edə bilər

Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi üçün 2007-ci ilin başlıca nailiyyəti ölkədə regional innovasiya zonasının yaradılmasının təkliflər paketinin hazırlanması olacaq. Trend xəbər verir ki, bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, təkliflər paketi martıq sonuna qədər hazırlanacaq və baxılmaq üçün hökümətə təqdim olunacaq.

"Beynəlxalq ekspertlərin fikrincə, layihə reallaşdırıldığı halda, 2015-2020-ci illərdə rabitə sahəsində əldə olunmuş gəlirlər Azərbaycanın neft sektorundan əldə olunan analoji həcmə çatacaq", - deyə nazir vurğulayıb.

Regional innovasiya zonasının yaradılması layihəsi kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texnoparkların yaradılmasını, elektron avadanlığı və proqram təminatının istehsalı və ixracı üzrə regional bazanın yaradılmasını, ölkənin sərfəli tranzit informasiya mərkəzinə (Data Centre) çevrilməsini, formalaşan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlığı və inkişafını, digər sahələrdə IT tətbiqini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti