...

Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Siyasət Materials 20 Yanvar 2007 11:37 (UTC +04:00)
Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edib. Trend in məlumatına görə, ziyarətdə hökumət və dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və millət vəkilləri iştirak ediblər.

Prezident İlham Əliyev "Əbədi məşəl" kompleksinin önünə əklil qoyub, bir dəqiqəlik sükut elan olunub, şəhidlərin ruhuna dualar oxunub və Azərbaycanın dövlət himni səsləndirilib. Xarici ölkə səfirləri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan prezidentinə başsağlığı veriblər.

Qeyd edək ki, prezident İlham Əliyev yanvarın 19-da qısamüddətli məzuniyyətdən qayıdıb.

Xəbər lenti

Xəbər lenti