...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Strasburqa yola düşüb

Siyasət Materials 20 Yanvar 2007 12:44 (UTC +04:00)

Trend in məlumatına görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-də səhər saatlarında Strasburqa yola düşüb.

Qeyd edək ki, yanvarın 22-dən 26-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Mirzəzadə, Aydın Abbasov, Əkrəm Abdullayev, Fəzail İbrahimli və Aynur Quliyeva daxildirlər.

İclasda Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, enerji ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə olunması təhlükəsi, Avropada kənd təsərrüfatı və qanunsuz işəgötürmə, Kosovada vəziyyət, quruma üzv bir sıra dövlətlər tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, uşaqlara qarşı zorakılığın, onların istismarının bütün növlərinin aradan qaldırılması və digər mövzularda müzakirələr aparılacaq.

Sessiyada nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti