...

AXCP qərargahla təmin olunması üçün Əmlak Komitəsinə müraciət edəcək

Siyasət Materials 22 Yanvar 2007 18:43 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) normal fəaliyyəti üçün mənzil qərargahla təmin olunması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edilməsi qərara alınıb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Bu gün - yanvarın 22-də AXCP Ali Məclisi Rəyasət Heyətinin (RH) növbəti iclası keçirilib. İclasda AXCP-nin əmlakı ilə bağlı yaranmış son durum, qərargahla təmin olunması və "Azadlıq" blokunun 26 yanvar aksiyası ilə bağlı müzakirələr aparılıb. RH üzvləri partiyanın mənzil qərargahla təmin olunması ilə bağlı Dövlət Əmlak Komitəsinə müraciət olunmasını məqsədəuyğun hesab edib. Eyni zamanda iki aya yaxın müddətdə AXCP-nin əmlakından istifadəsinə yaradılmış maneələrlə bağlı hüquq müstəvisində fəaliyyətin davam etdirilməsi də zəruri hesab edilib.

İclasda həmçinin enerji daşıyıcılarının və kommunal xərclərin qiymətlərinin qaldırılmasına etiraz olaraq "Azadlıq" blokunun yanvarın 26-na planlaşdırdığı aksiyasına hazırlıq və partiyanın bununla bağlı yaradılmış Mitinq Komitəsinin görəcəyi işlər müzakirəyə çıxarılıb.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP "Azalıq" blokunun üzvüdür. Partiyaya keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti