...

Bu gün AŞ PA-da Ermənistanın öhdəlikləri müzakirə olunacaq

Siyasət Materials 23 Yanvar 2007 11:30 (UTC +04:00)

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə olunacaq. Bu barədə Trend xəbər verir.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri Ermənistanın öhdəliklərinin müzakirəsində fəal iştirak edəcəklərini bildiriblər. Qeyd edək ki, Ermənistan Avropa Şurasına daxil olan zaman öz üzərinə götürdüyü əsas öhdəliklərdən biri də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli haqqındadır. Lakin Ermənistan hələ də bu öhdəliyə əməl etməyib və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri bu məsələni gündəmə gətirəcəklər.

AŞ PA-nın bu gün keçiriləcək iclasında enerji resuslarından siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi, uşaqlara qarşı zorakılıqlarla mübarizə məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, AŞ PA-nın qış sessiyası yanvarın 22-də başlayıb və 26-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti