...

Metyu Brayza: ATƏT MQ həmsədrlərinin Bakıda keçirdiyi danışıqlar konstruktiv olub

Siyasət Materials 24 Yanvar 2007 17:03 (UTC +04:00)
Metyu Brayza: ATƏT MQ həmsədrlərinin Bakıda keçirdiyi danışıqlar konstruktiv olub

Azərbaycan rəhbərliyi ilə keçirilmiş danışıqları konstruktiv adlandırmaq olar. Trend xəbər verir ki, bu barədə yanvarın 24-də ATƏT Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıdan gedən zaman aeroportda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, məsləhətləşmələr zamanı Dağlıq Qarabağ nizamlanmasının "əsas prinsipləri", eləcə də enerji məsələləri nəzərdən keçirilib. Vasitəçi əlavə edib ki, Azərbaycan prezidenti və xarici işlər naziri danışıqlara ciddi və konstruktiv şəkildə yanaşır və bu, cari ildə razılığın əldə olunacağına ümid etməyə imkan verir. Bu zaman M.Brayza əlavə edib ki, hər iki tərəf danışıqlarda öz mövqelərini ciddi şəkildə, lakin konstruktiv şəraitdə müdafiə edirlər.

Xəbər lenti

Xəbər lenti