...

Təhsil naziri: Təkcə 2006-cı il ərzində Prezidentin təhsil sahəsi ilə bağlı 28 fərman imzalaması bu sahəyə sonsuz diqqətin təzahürüdür

Siyasət Materials 25 Yanvar 2007 12:55 (UTC +04:00)
Təhsil naziri: Təkcə 2006-cı il ərzində Prezidentin təhsil sahəsi ilə bağlı 28 fərman imzalaması bu sahəyə sonsuz diqqətin təzahürüdür

Təkcə 2006-cı il ərzində Prezidentin təhsil sahəsi ilə bağlı 28 Fərman imzalaması bu sahəyə olan sonsuz diqqətin təzahürüdür. Trend in xəbərinə görə, bu sözləri yanvarın 25-də Azərbaycanın Təhsil Nazirliyində keçirilmiş 2006-cı ilin yekunlarına dair kollegiya iclasında təhsil naziri Misir Mərdanov söyləyib.

Nazir ötən il ərzində təhsil işçilərinin əmək haqlarındakı artımı da yüksək qiymətləndirib. O qeyd edib ki, il ərzində əmək haqlarının müşahidə olunan orta hesabla 70 faiz artım müşahidə edilməsi də təhsil işçilərinin sosial vəziyyətlərinin yüksək səviyyəyə qalxmasında mühüm addımlardan biridir. "Bu az artım deyil və ümid edirik ki, gələcəkdə də bu artım davam edəcək" - deyə M.Mərdadov vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, təkcə ötən il ərzində Prezident İlham Əliyev təhsillə bağlı 24 tədbirdə iştirak edib. H.Əliyev fondunun prezidenti Mehriban Əliyeva da prezidentlə birlikdə iştirak etdiyi tədbirlərdən əlavə daha 24 tədbirdə iştirak edib.

"Ölkə başçısının təhsil işçilərinə göstərdiyi növbəti diqqətdən biri də il ərzində 188 nəfər təhsil işçisinin müxtəlif orden və medallarla təltif olunması, o cümlədən bir sıra təhsil işçisinin Prezidentin fəxri təqaüdünə, "Əməkdar müəllim" adına və s. mükafatlara layiq görülməsi olub.

Xəbər lenti

Xəbər lenti