...

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri bölgəyə səfər edəcək

Siyasət Materials 26 Yanvar 2007 14:01 (UTC +04:00)
AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri bölgəyə səfər edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri, böyük britaniyalı deputat lord Rassel Conston yazın sonu, yayın əvvəllərində bölgəyə səfər edəcək. Bu barədə Trend ə eksklüziv açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Xatırladaq ki, yanvarın 25-də Strasburqda Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri arasında ilk dəfə olaraq görüş keçirilib. Görüş AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə yaradılmış Alt Komitənin iclası çərçivəsində baş tutub.

A.Mirzəzadənin sözlərinə görə, iclasda lord Rassel Conston bildirib ki, yazın sonu, yayın əvvələrində bölgəyə səfər etmək niyyətindədir.

"Hətta zarafatla bildirdi ki, səfəri zamanı qar görmək mümkün olmayacaq. Çünki yazda bölgənin çox gözəl mənzərəsi olur. Həm Azərbaycanın, həm də Ermənistanın AŞPA-dakı nümayəndə heyəti lord Rassel Constonun səfərini gözlədiklərini bildirdilər. Biz bu səfərin baş tutmasında maraqlıyıq", - deyə Aydın Mirzəzadə vurğulayıb.

O əlavə edib ki, lord Rassel Constonun bölgəyə səfərinin proqramı yaxın vaxtlarda dəqiqləşəcək.

Xəbər lenti

Xəbər lenti