...

YAP Samux rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 26 Yanvar 2007 17:35 (UTC +04:00)

Yanvarın 26-da YAP-ın Samux rayon təşkilatının I konfransı keçirilib. YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, konfransda 300 nəfər nümayəndə iştirak edib.

Konfransda Samux rayon təşkilatının sədri Xalis Ələsgərov və təşkilatın nəzarət təftiş qrupunun sədri Rövşən Qurbanovun hesabat məruzələri dinlənilib. Konfransda təşkilati məsələlərə baxılıb. Toplantı iştirakçıları nümayəndələri rayon təşkilatının 31 nəfərdən ibarət şurasını, 5 nəfər tərkibdə nəzarət təftiş qrupunu seçiblər.

İdarə Heyətinin üzvü Gündüz Çankay oğlu Bayramov yekdilliklə YAP Samux rayon təşkilatının sədri seçilib.

YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov və Milli Məclisin sədr müavini Ialeh Ələsgərov konfransın işində iştirak ediblər.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti