...

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzi aşağı seçki komissiyalarının üzvləri üçün kurslar keçəcək

Siyasət Materials 29 Yanvar 2007 17:46 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzi dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar keçəcək. Bu barədə Trend ə "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

O bildirib ki, MSK-nın tədbirlər planı əsasında aşağı seçki komissiyaları üçün seminar və treninqlərdən başqa, həm də kurslar təşkil ediləcək. "Seçkilər" İnformasiya Mərkəzinin ekspert qrupu aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə onlara kurslar keçəcək. Bu kurslar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) seçkilərdə rolu ilə bağlı olacaq.

Xəbər lenti

Xəbər lenti