...

BMT-nin rezident-koordinatoru təşkilatın Azərbaycanla əməkdaşlıq səviyyəsindən məmnundur

Siyasət Materials 31 Yanvar 2007 14:10 (UTC +04:00)

BMT-nin Azərbaycandakı rezident-koordinatoru Marko Borsotti ölkədə missiyasının keçən dövrü ərzində Azərbaycanın təşkilatla əməkdaşlıq səviyyəsindən məmnundur. Trend xəbər verir ki, bu barədə bu həftə diplomatik missiyası bitən M.Borsrtti özü jurnalistlərə bildirib.

O qeyd edib ki, Azərbaycan hökumətinin rəsmiləri ilə vida görüşlərində onların tərəfindən də təşkilatla əməkdaşlıqdan məmnunluq çatdırılıb. Rezident-koordinator jürnalistləri gələcəkdə də əməkdaşılığın inkişaf etdiriləcəyinə əmin edib. O bildirib ki, BMT enerji sahələrinə alternativ sahələrdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi işinə öz tövhəsini verməyə hazırdır.

Xatırladaq ki, M.Borsotti Azərbaycanda 2001-ci ildən işləyir. O, ölkəni fevralın 3-də tərk edəcək.

Xəbər lenti

Xəbər lenti