...

Asim Mollazadə Bakı Təhsil İdarəsinin müdiri ilə görüşüb

Siyasət Materials 1 Fevral 2007 15:10 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə görüşüb. Bu barədə Trend Demokratik İslahatlar Partiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir.

Görüşdə təhsil sistemindəki mövcud vəziyyət, Nəsimi rayonunda yerləşən məktəblərin hazırkı durumu və problemlərdən çıxış yolları müzakirə edilib. Millət vəkili məktəblərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində öz təkliflərini açıqlayıb. Görüşdə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılan yeni "Təhsil haqqında" qanun layihəsi barədə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti