...

Rusiya prezidenti ksenofobiya və millətçiliyi yaradan səbəblərə qarşı mübarizəyə çağırıb

Siyasət Materials 1 Fevral 2007 15:14 (UTC +04:00)
Rusiya prezidenti ksenofobiya və millətçiliyi yaradan səbəblərə qarşı mübarizəyə çağırıb

RF prezidenti Vladimir Putin ictimai təşkilatlar və KİV-i ksenofobiya əhval-ruhiyyəsi və millətçilik yaradan səbəblərə qarşı birgə mübarizəyə çağırıb. Trend in Moskvadakı xüsusi müxbirinin məlumatına əsasən, bu barədə dövlət başçısı fevralın 1-də KİV üçün mətbuat konfransında bəyan edib.

"Bu hamını - dövləti və ictimaiyyəti həyəcanlandırır", - deyə o qeyd edib. "Hesab edirəm ki, bunun bir çox səbəbləri var və ilk növbədə Sovetlər Birliyinin süqutundan sonra əsas milliyyətçi qrupların sıxışdırılması hissindən yaranan çaşqınlıq və ideoloji vakuumun müəyyən edilməsi ilə bağlıdır", deyə prezident qeyd edib.

Dövlət başçısı dövlət orqanlarının bu cür hallara hər zaman adekvat reaksiya verməməsini təəssüflə qeyd edib. "Əgər səbəblər haqqında danışsaq, onlardan biri Sovetlər Birliyinin süqutuna baxmayaraq, sərhədlərin açıq qalması və keçmiş respublikaların bir çoxunun müstəqillik əldə etməsidir. Əmək bazarı məsələləri çox vaxt və indiyə qədər Rusiyanın yerli əhalisinin xeyrinə həll edilib", - deyə o qeyd edib.

Onun fikrincə, hökumət bu həllolunmazlığı həm xaricilərin, həm də Rusiya Federasiyasının vətəndaşlırının maraqlarını təmin edərək vaxtında fikirləşməli idi və bu, hamıya ziyan verərək ksenofobiya və millətçilik hallarının yaranmasına gətirib çıxarır.

V. Putin bu sahədə olan problemlərin aradan qalıdırlması üçün ictimai təşkilatlar və KİV-in təşəbbüsünə arxalandığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti